Modern.az

Daha bir ştatda “TikTok” qadağası – Cəriməsi 10 min dollar…

Daha bir ştatda “TikTok” qadağası – Cəriməsi 10 min dollar…

Aktual

18 May 2023, 08:07

ABŞ-ın Montana ştatının qubernatoru Qreq Canforte ştatda Çinə məxsus olan "TikTok" sosial şəbəkəsini qadağan edən qanun imzalayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.

 

"Montana sakinlərinin məxfiliyini Çin Kommunist Partiyasından qorumaq üçün "TikTok"u qadağan etdim", - Canforte yazıb.

 

Qərara əsasən, yanvarın 1-dən etibarən "TikTok" Montana ştatında işləməyəcək. "Apple App" və "Google Play" kimi proqram mağazalarından onu yükləmək mümkün olmayacaq.

 

Qadağanın pozulması gündə 10.000 dollara qədər cəriməyə səbəb olacaq. 

 

ABŞ rəsmiləri hesab edir ki, Çin amerikalılar haqqında məlumat toplamaq üçün "TikTok"dan istifadə edə bilər.

 

Qeyd edək ki, 2022-ci ilin sonunda ABŞ Konqresi "TikTok"u federal qurumlara məxsus telefon və digər cihazlarda qadağan edən qanun layihəsini təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov