Modern.az

“Azərsu” 340 ünvanda nöqsanlar aşkarlayıb

“Azərsu” 340 ünvanda nöqsanlar aşkarlayıb

Aktual

26 May 2023, 15:36

"Azərsu" tərəfindən keçirilən monitorinqlər zamanı 340 ünvanda qüsurlar və qanunsuzluq aşkarlanıb. 

 

Modern.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, yoxlamalar zamanı 19 kənar xətt, şəbəkəyə 74 qanunsuz qoşulma halları aşkar edilib:

 

"Qanunsuz qoşulma halları daha çox Abşeron, Suraxanı, Sabunçu rayonlarında qeydə alınıb. Yoxlama zamanı 47 ünvanda sayğacın ayrılması, 78 ünvanda isə sayğacın işləmədiyi məlum olub. 180 min kub/metrə yaxın su anbarlara bərpa olunub".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!