Modern.az

Rusiya azərbaycanlıları deport edib 5 illik giriş qadağası qoyuldu

Rusiya azərbaycanlıları deport edib 5 illik giriş qadağası qoyuldu

Aktual

Bu gün, 09:38

Rusiyanın Kursk vilayətində miqrasiya qanunvericiliyini pozan 72 əcnəbi ölkədən deportasiya edilib.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, onların hamısı ölkədə qanuni qalma müddətini keçib və könüllü şəkildə Rusiyanı tərk etməkdən yayınıb.

Kursk vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidmətindən bildirilib ki, deportasiya edilənlər arasında Azərbaycan, Özbəkistan, Ermənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Nigeriya, Kamerun, Misir və Gürcüstan vətəndaşları var.

Həmin şəxslər dövlət sərhədinin buraxılış məntəqələrinə çatdırılıblar. Onların 5 il müddətinə Rusiya ərazisinə girişinə qadağa qoyulub.

Qeyd edək ki, 2026-cı ilin aprelindən Rusiyada müqavilə əsasında hərbi xidmət keçmiş və ölkənin Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş əcnəbiləri inzibati qaydada ölkədən çıxarılmaqdan azad edən qanun qüvvəyə minib.

Belə şəxslərə deportasiya əvəzinə inzibati cərimə və ya məcburi iş cəzası tətbiq ediləcək.

İlyas Turan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı