Modern.az

Rusiyanın Bakıya göndərdiyi yeni səfir KİMDİR... - DOSYE

Rusiyanın Bakıya göndərdiyi yeni səfir KİMDİR... - DOSYE

14 İyun 2023, 12:49

Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə bu ölkənin Azərbaycandakı səfiri Mixail Boçarnikov vəzifəsindən azad edilib və onun yerinə Mixail Yevdokimov təyin edilib.

 

“Mixail Nikolayeviç Yevdokimov Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - Putinin imzaladığı sərəncamda deyilir.

 

Modern.az yeni səfirin tərcümeyi-halını təqdim edir.

 

1959-cu ildə anadan olan Yevdokimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

 

Universitet başa çatdıqdan sonra o, əvvəlcə SSRİ, ardınca Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Yevdokimov 1996-1997-ci illərdə Nazirliyin İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri, 1997-2001-ci illərdə Rusiyanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi, 2001-2002-ci illərdə XİN-in Avropa Əməkdaşlıq Departamentinin şöbəsinin müdiri, 2002-2011-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin direktor müavini, 2011-ci ilin may-noyabr ayları MDB ölkələri üzrə Birinci Departamentin direktor müavini, 2011-ci ilin noyabr ayından isə MDB ölkələri üzrə Birinci Departamentinin direktoru vəzifəsində işləyib.

 

2019-cu ilin sentyabr ayından 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malik olan diplomat ingilis və fransız dillərini bilir.

 

Ailəlidir, bir oğlu var. 

Bu xəbər ilə bağlı
Putin Azərbaycana yeni səfir təyin etdi - FOTO
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov