Modern.az

Afrika liderləri Rusiyadan da əliboş qayıdır - Müharibə davam edəcək 

Afrika liderləri Rusiyadan da əliboş qayıdır - Müharibə davam edəcək 

18 İyun 2023, 11:46

Afrika liderləri iyunun 18-də Ukraynadan Rusiyaya gələrək burda prezident Vladimir Putinlə görüşüb.

 

Modern.az xəbər verir ki, Ukraynadakı müharibədə vasitəçilik etmək istəyən Afrika liderləri Sankt Peterburq şəhərində Putinə sülh təkliflərini təqdim ediliblər.

 

Liderlər bir gün əvvəl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və “etimad quruculuğu tədbirləri” adlandırılan analoji plan barədə ona da məlumat veriblər.

 

CAR, Komor Adaları İttifaqı, Zambiya və Seneqal prezidentləri, Misirin baş naziri, Uqanda liderinin xüsusi nümayəndəsi və Konqo prezidentinin ofisinin rəhbəri Ukrayna paytaxtının ab-havasını tam hiss edə biliblər. Belə ki, səhər saatlarında bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib, Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya Federasiyası bununla Afrika liderlərinə “sülh yox, müharibə” siqnalı göndərib.

 

Zelenski görüşdən sonra özünün "Telegram" kanalında yazıb ki, sülh danışıqları ancaq Rusiya qoşunlarının Ukraynanı tərk etməsindən sonra ola bilər.

 

Putin şənbə günü Sankt-Peterburq yaxınlığındakı sarayda Seneqal, Misir, Zambiya, Uqanda, Konqo Respublikası, Komor adaları və Cənubi Afrikanın nümayəndələri ilə danışıqlar aparıb və Rusiyanın qitəyə sadiqliyini vurğulayıb.

 

Lakin Komor adaları, Seneqal və Cənubi Afrika prezidentlərinin təqdimatlarından sonra o, planın beynəlxalq səviyyədə tanınmış sərhədlərin qəbulu ilə bağlı təkliflərə etiraz etmək üçün çıxışlara müdaxilə edən edib.

 

Putin Ukraynanın və onun Qərb müttəfiqlərinin münaqişəni Rusiyanın keçən ilin fevralında öz silahlı qüvvələrini sərhədə göndərməsindən çox əvvəl başladığını iddia edib. Onun sözlərinə görə, ötən ilin əvvəlində qlobal ərzaq qiymətlərinin kəskin artmasına görə Rusiya deyil, Qərb məsuliyyət daşıyır və bu, xüsusilə Afrikaya ağır zərbə vurub.

 

O, nümayəndə heyətinə bildirib ki, Rusiyanın son bir ildə icazə verdiyi Qara dəniz limanlarından taxıl ixracı Afrikanın yüksək ərzaq qiymətləri ilə bağlı çətinliklərini yüngülləşdirmək üçün heç bir iş görməyib, çünki taxıl gəmiləri əsasən varlı ölkələrə göndərilib.

 

Putin bildirib ki, Rusiyan Ukrayna tərəfi ilə danışıqlardan heç vaxt imtina etməyib, danışıqları Kiyev əngəlləyib. Rusiya lideri vurğulayıb ki, istənilən sülh “yeni reallıqlara” imkan verməlidir. Ekspertlərin sözlərinə görə, Putin yeni reallıqlar dedikdə Ukraynanın beş vilayətinin ilhaqını nəzərdə tutur. Putin deyib ki, Moskva “ədalət prinsipləri və tərəflərin qanuni maraqlarının tanınması əsasında sülh yaratmaq istəyən hər kəslə konstruktiv dialoqa açıqdır”.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov televiziya ilə çıxışında Moskvanın Afrika planının “əsas yanaşmalarını” bölüşdüyünü, lakin Kremlin sözçüsü Dmitri Peskov bunu “həyata keçirməyin çətin” olduğunu bildirib.

 

Peskov Putinin Cənubi Afrika prezidenti Siril Ramafosanın təqdim etdiyi 10 bəndə maraq göstərdiyini və Rusiyanın Afrika ölkələri ilə dialoqu davam etdirəcəyini bildirib. 

 

Ümumilikdə müşahidəçilərin fikrincə, Afrika liderlərinin təqdim etdiyi sülh planı Rusiya və Ukrayna tərəfindən məqbul qarşılanmayıb və faktiki olaraq Afrikanın sülh missiyası iflasa uğrayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov