“İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün özəl sektorla bərabər dövlətin də yaxın dəstəyinə ehtiyac olacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Dövlət büdcəsində bunun üçün maliyyə nəzərdə tutulub. Əvvəlki dövrlərdə sahibkarlar ictimai nəqliyyat vasitələrini idarə etməsə də, öz bizneslərini yaradıblar”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də bildirib ki, bu sahədə dövlət dəstəyinin olması daha məqsədəuyğundur.