Modern.az

Ötən gün aşkarlanan silah-sursatların SAYI

Ötən gün aşkarlanan silah-sursatların SAYI

Aktual

19 Mart 2024, 11:08

Martın 18-də polis əməkdaşları silah və sursatların aşkarlanması üçün Xankəndi şəhərində əməliyyat keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əməliyyat nəticəsində 4 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, müxtəlif çaplı 805 patron, 6 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

 

Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 21 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

 

Martın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 2 patron aşkar edilərək götürülüb.

 

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir