Modern.az

“Azərbaycan” gəmi-bərəsi təmirdən sonra istismara qaytarıldı

“Azərbaycan” gəmi-bərəsi təmirdən sonra istismara qaytarıldı

Aktual

28 Mart 2024, 12:34

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus RoPax tipli “Azərbaycan” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

 

ASCO-dan Modern.az-a verilən məlumata görə, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

 

Məlumata görə, gəmi üzrə boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi, vaqon və avtomobil göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər yerinə yetirilib.

 

Təmir başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb.

 

Qeyd edək ki, ”Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir