Modern.az

Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları Zərifə Əliyevanın məzarını ziyarət edib - FOTO

Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları Zərifə Əliyevanın məzarını ziyarət edib - FOTO

Aktual

28 Aprel 2024, 19:48

Bugün Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyidir.

 

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.

 

Bakı Sağlamlıq Mərkəzinin tibbi və inzibati heyəti Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyub və əziz xatirəsini ehtiramla yad edib.

 

Bakı Sağlamlıq Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edib, məzarları önünə gül dəstəsi qoyub.

 

Onların əziz və parlaq xatirəsini qürur, hörmət və ehtiramla yad edirik!

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var