Modern.az

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası keçiriləcək

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası keçiriləcək

Aktual

2 May 2024, 14:08

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 4-5 may tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkada ümumilikdə 20-yə qədər regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

 

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. Məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

 

Yarmarkanın keçirilməsində əsas məqsəd təsərrüfat sahibləri üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli və təbii kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. 

 

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi