Modern.az

Hacı Əbdül Ayaz Mütəllibovla İsgəndər Həmidovu tövbə etməyə çağırdı

Hacı Əbdül Ayaz Mütəllibovla İsgəndər Həmidovu tövbə etməyə çağırdı

Aktual

21 Oktyabr 2014, 11:26

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov Modern.az saytına müsahibə verib. Müsahibə zamanı bir çox maraqlı məqamlara toxunan Hacı Əbdül Əbdülov Azərbaycanda tövbə etməli olan siyasətçilərdən bir qisminin adını çəkib.

“Uzun illərdir siyasətdə olan insanlardan kimlərin hansı əməllərinə görə tövbə etməsini istərdiniz” sualına Hacı Əbdül özüməxsus tərzdə cavab verib:  

“İsgəndər Həmidovun tövbə  etməsini çox istərdim. Çünki İsgəndər Həmidov Astarada bir evi topa tutdurdu və İrandan olan bir qonaq öldü. Qonağa ehtiram lazımdır. Əlbəttə, İsgəndər Həmidov tövbə etmək üçün  müraciət etsə, can-başla onun müraciətini qəbul edərəm”.

“2000-ci illərin əvvəllərində keçmiş prezident Ayaz Mütəllibov hüquqlarını müdafiə komitəsi yaradanda şeyx Əbdül Mahmudov sizdən qabağa düşdü və sizi oradan uzaqlaşdırdılar. O vaxtkı əməllərinə görə Ayaz Mütəllibovla Əbdül Mahmudov da tövbə etməlidirlərmi” sualına cavabda isə Hacı Əbdül daha orijinal cavab verib:
Şeyx Əbdül o vaxt həm hakimiyyəti, həm də xalqı aldatdı. O, iddia edirdi ki, Ayaz Mütəllibovun müdafiəsi üçün 1 milyon imza toplanılıb. Halbuki yalan deyirdi.

Ayaz  Mütəllibova gəlincə, onun nəyə görəsə tövbə etməli olduğunu deyə bilmərəm. Çünki o, elə pis iş görməyib ki, ona görə tövbə etsin. Vətənini, xalqını sevən olub. Vətən üçün, xalq üçün çalışan adam olub. O, yalnız mənə görə tövbə etməlidir. Çünki dəfələrlə mənə qarşı haqsızlıq edib”.

Hacı Əbdülün fikrincə, Müsavatın keçmiş başqamı İsa Qəmbər də tövbə edəcək siyasətçilər arasındadır: “İsa Qəmbər bizi aldadıb Xızıya göndərdi  və dedi ki, Arif Hacıyev gəlib sizi orada dinləyəcək. Arif Hacıyev gəlmədi və məzlum xalqın üstünə ordu yeritdilər. İsgəndər Həmidov bir də buna görə tövbə etməlidir. Bu hadisə 1992-ci ildə olub”.

Hacı Əbdülün Modern.az-a verdiyi geniş müsahibəni sabah “Pəncərə” layihəsində oxuya bilərsiniz.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü