Modern.az

“125-lər” siyasi klubunun üzvü Ramin Hacılı: “Oyun oynamaq niyyətində deyilik” - MÜSAHİBƏ

“125-lər” siyasi klubunun üzvü Ramin Hacılı: “Oyun oynamaq niyyətində deyilik” - MÜSAHİBƏ

Aktual

27 Aprel 2015, 13:37

Ümid Partiyasının sədr müavini, “125-lər” siyasi klubunun üzvü Ramin Hacılı Modern.az saytının suallarını cavablandırıb.

- Bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyiniz “125-lər” siyasi klubu, yoxsa Ümid Partiyası tərəfindən irəli sürüləcək?

- Namizədliyimi Ümid Partiyasının üzvü olaraq verəcəyəmm. “125-lər” ora qoşulan hər kəsi partiyasından asılı olmayaraq dəstəkləyən klubdur. Klubun əsas məqsədi hər bir dairədə real və prinsiplərə uyğun namizədi dəstəkləməkdir. Mən Ümid Partiyasından namizədliyimi verməklə, siyasi partiyanın əmələ gətirdiyi bütövlüklərdən istifadə edirəm.

Eyni zamanda “125-lər” siyasi klubunda iştirak etməklə, orada olan digər dostlardan və ictimai-siyasi həyatda aktiv olan bir qrup insandan dəstək almış olacağam.

- Hansı dairə üzrə namizəliyinizi verəcəyiniz müəyyənləşibmi?

- Nərimanov rayonu üzrə 19 saylı seçki dairəsindən namizdəliyimi irəli sürəcəyəm.

- Həm “125-lər” klubuna, həm də Ümid Partiyasına üzv olan şəxslərin namizədliklərini verdiyi zaman hansısa narazılıqlar ola bilərmi?

- Hər iki şəbəkənin fikir və ideyaları üst-üstdə düşdüyünə görə bir-birinə çox yaxındırlar Biz oyun oynamaq və qeyri-səmimi davranmaq niyyətində deyilik. Hər şey açıq olaraq ortadadır. Qəbahətli heç bir şey yoxdur. “125-lər” və Ümid Partiyasında təmsil olunan insanlar Azərbaycanın inkişafına eyni baxış bucağından yanaşır. Ona görə də biz bir yerdəyik, dostuq. Fikir birliyimiz fəaliyyətlərimizi də bir yerdə koordinasiya etməyə imkan verir.

- “125”-lər siyasi klubunun üzvləri hansı dairələr üzrə namizədliklərini verəcəklər?

- Biz istəyirik ki, bütün dairələrdən namizədlər olsun. Hazırda 125 dairənin hər birindən namizədimizin olmasına çalışırıq. Əsasən də rayonlara üstünlük veririk. Bizim istəyimiz ondan ibarətdir ki, ölkənin paytaxtı ilə paralel regionlara da eyni qayda, münasibət və diqqət ayrılsın.

- Namizədlər müəyyənləşdirilibmi?

- Proses davam edir. Təxminən 30 dairə üzrə namizədlər müəyyənləşib. Bu şəkildə proses davam edir. Seçkiyə bir neçə ay var. Bu müddətdə namizədlərin hamısı müəyyənləşəcək. 

Sevinc Yasinqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü