Modern.az

“Zəfər yallısı” videoçarxı

“Zəfər yallısı” videoçarxı

Aktual

10 Noyabr 2021, 14:22

Dünya azərbaycanlılarının 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yallısı” adlı videoçarxı təqdim olunub.

 

Modern.az xəbər verir ki, Sümuzər Baloğlanova, Nurana Hüseynova və Tərlan Tağıyevin ərsəyə gətirdikləri videoçarxda diaspor fəallarının Qələbə münasibətilə yaşadıqları xarici ölkələrdə xalqımızın birlik və həmrəyliyinin rəmzi olan “Yallı” rəqsini ifa etmələri, Azərbaycan diasporunun Şuşaya səfəri, Cıdır düzündə böyük ölçülü Azərbaycan bayrağını dalğalandırmaları, Vətən müharibəsinin döyüş səhnələri, Zəfər Paradı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağını ucaltması kimi qürurverici məqamlar əks olunub. 

 

Videoçarxda Azərbaycanın Xalq artistləri Rasim Balayevin, Alim Qasımovun, Zülfiyyə Xanbabayevanın və başqalarının ifa etdikləri kompozisiya səsləndirilib.

 

Videoçarx “Bu yolları yara-yara keçərək düşmənə qan udduran bütün oğulların qarşısında baş əyirik! Zəfər Günümüz mübarək olsun!” təbriki ilə bitir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?