Modern.az

Restoranda ÖLÜM

Restoranda ÖLÜM

Aktual

10 Noyabr 2021, 15:21

Noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Sumqayıt şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, müəyyən edilib ki, Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi  “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...