Türkiyənin "Qalatasaray"futbol klubu UEFA tərəfindən cərimələnib.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, cəriməyə səbəb “Marsel”lə matçda alovlanan məşəllər olub.
Avropa Liqasının Qrup mərhələsi çərçivəsində "Marsel"lə oynanılan oyunda baş verən hadisələrə görə, "Qalatasaray" 50 min avro cərimədən əlavə səfərdə keçirəcəyi iki matçda azarkeşlərin iştirakı qadağan edilib.
“Qalatasaray” qərara etiraz edib. Lakin Apellyasiya Komitəsi Türkiyə klubunun şikayətini rədd edib.