Modern.az

DİN-dən şöbədəki görüntülərlə bağlı AÇIQLAMA

DİN-dən şöbədəki görüntülərlə bağlı AÇIQLAMA

Aktual

12 Aprel 2022, 22:00

Daxili İşlər Nazirliyi (DİN) ötən il Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində törədilmiş qətllə bağlı görüntülərin yayılmasına münasibət bildirib.

 

DİN-nin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a açıqlamasında deyib ki, sözügedən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb.

 

“Belə ki, hadisədən sonra mərhumun yaxınları arasında yaranmış bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranmış narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda, videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib. Odur ki, bir daha qeyd etmək istəyirəm ki, görüntülərin sosial şəbəkələrdə yayılması heç bir narahatlıq doğurmur”, - DİN rəsmisi bildirib.

 

Qeyd edək ki, Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı öldürməsi ilə bağlı görüntülər yayılıb.

 

Həmçinin oxuyun:

Polisin şöbədə arvadını öldürməsinin görüntüləri - VİDEO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı