Modern.az

Xankəndidə silahlı insident: “Polis” güllələndi

Xankəndidə silahlı insident: “Polis” güllələndi

Aktual

17 Aprel 2022, 12:45

Xankəndi şəhərində erməni sakin “Kalaşnikov” avtomatından atəş açıb. 

 

Modern.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, 53 yaşlı Serqo Şakaryanın açdığı atəş nəticəsində qondarma qurumun “yol polisi”nin əməkdaşı ölüb.

 

Bundan sonra Şakaryan başqa bir polisi təqib etməyə başlayıb, lakin o hadisə yerindən qaça bilib. Buna baxmayaraq, silahlı şəxs saxlanılıb.

 

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında silahlı şəxslər olmamalıdır. Lakin indiyədək bəyanatın şərtlərinə əməl edilməyib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!