Modern.az

ABŞ Ukraynadakı laboratoriyaları bu ölkəyə köçürüb

ABŞ Ukraynadakı laboratoriyaları bu ölkəyə köçürüb

Aktual

17 Aprel 2022, 13:21

Rusiyanın Federasiya Şurasında amerikalıların Ukrayna ərazisindəki bioloji laboratoriyaları haraya köçürdüklərini aydınlaşdırmağa çalışıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə senator Konstantin Kosaçev özünün "Telegram" kanalında məlumat paylaşıb.

 

"Amerikalılar təxminən 30 dövlətdə işləyir, laboratoriyaların sayı müxtəlifdir. Ukraynada 30 belə laboratoriya var. İndicə məlumat almışıq ki, "xüsusi əməliyyat" başlanandan amerikalılar Monqolustanla əlaqəyə giriblər. Onlar orada öz laboratoriyalarını yaratmaq istəyirlər. Bunların Ukraynadakı laboratoriyalar olmasını güman etməyə ciddi əsaslar var, çünki amerikalılar üçün "Rusiyaya daha yaxın olmaq vacibdir", - senator qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı