Modern.az

Ukraynadan Gürcüstana ÇAĞIRIŞ: Siz də qoşulun

Ukraynadan Gürcüstana ÇAĞIRIŞ: “Siz də qoşulun”

Aktual

17 Aprel 2022, 14:00

Ukrayna parlamentinin sədri Ruslan Stefançuk Gürcüstan hökumətini Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmağa çağırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruslan Stefançuk həmkarı Şalva Papuaşvili ilə birlikdə Ukrayna ordusunun nəzarət bərpa etdiyi paytaxt Kiyevin Buça, İrpin və Borodyanka rayonlarına səfər edib.

 

Vəziyyətlə tanışlıqdan sonra keçirilən birgə mətbuat konfransında Ukrayna parlamentinin sədri ukraynalı qaçqınlara göstərdikləri qonaqpərvərliyə görə Gürcüstan xalqına minnətdar olduqlarını bildirib:

 

“Gürcüstanlı həmkarıma beynəlxalq arenada davamlı dəstəyə və Rusiyaya qarşı mübarizədə töhfələrinə görə təşəkkür edirəm. Biz Gürcüstanı Rusiyaya qarşı sanksiyalarda iştiraka çağırırıq”.

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə deyib: "Rusiya müharibəyə son qoymalı və razılaşdırılmış beynəlxalq sərhədlər daxilində Ukraynanın ərazi bütövlüyünə hörmət etməlidir. Ukraynalıların seçimi qəbul olunmalıdır.

 

Ukraynaya olduğu kimi, Rusiya 1990-cı illərdən Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinə də hücum etdi. Şəhərlərimizlə birlikdə ümidlərimiz bombalandı, ümidlərimiz də dağıldı. Ona görə də biz gürcülər sizin ağrı-acınızı çox yaxşı anlayırıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı