Modern.az

Ívanoviç Emrelidən danışdı: "İlk qol daha önəmli idi"

Ívanoviç Emrelidən danışdı: "İlk qol daha önəmli idi"

Aktual

17 Aprel 2022, 14:30

"Dinamo" (Zaqreb) klubunun sabiq baş məşqçisi Branko İvankoviç Azərbaycan milli komandasının üzvü Mahir Emreli haqqında danışıb.

 

Modern.az xəbər verir ki, Branko Ívanoviç "Dinamo"nun "11 nömrəsi haqqında xoş fikirlər səsləndirib.

 

"Görünür, Emreli komandaya tez uyğunlaşdı. Arsen Vengerin dedikləri yaxşı yadımdadır: hər oyunçuya - hətta o, ən yaxşı olsa belə - minimum 8-9 ay vaxt lazımdır. Emreli azarkeşlərin titul gözlədiyi kluba gəlib. O, "Riyeka" və "İstra" ilə matçlarda sonradan meydana daxil olaraq fərqlənib. İlk qolu daha önəmli idi. Çünki bundan sonra "Dinamo" geridönüş etdi" - Ívanoviç deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?