Modern.az

Rus gəmilərinə qadağa - limanlar bağlandı

Rus gəmilərinə qadağa - limanlar bağlandı

Aktual

17 Aprel 2022, 14:51

Aprelin 16-dan Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərin Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağan edilib. Bu, 24 fevral 2022-ci ildən sonra Rusiya bayrağını və ya reyestrini dəyişdirmiş bütün gəmilərə də aiddir.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan Dəniz Administrasiyası məlumat yayıb.

 

Qadağa Avropa İttifaqı Şurasının 2022-ci il 8 aprel tarixli qərarı əsasında Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlərə əsaslanıb.

 

Xatırladaq ki, Rumıniya Dəniz Administrasiyası da Rusiya bayrağı altında üzən gəmilərin limanlarına daxil olmasını qadağan edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı