Modern.az

Ukrayna “G-7”dən yardım istədi: 50 milyard verin!

Ukrayna “G-7”dən yardım istədi: 50 milyard verin!

Aktual

17 Aprel 2022, 15:04

Ukrayna G7 ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib. Yardım təklifi növbəti altı ay ərzində müharibə ilə bağlı büdcə kəsirini ödəmək üçün nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko məlumat verib.

 

Onun sözlərinə görə, Ukrayna sıfır kuponlu istiqrazlar buraxmağı düşünür.

 

Bundan əlavə, Ustenko bildirib ki, hazırda yeni variantlar fəal şəkildə müzakirə olunur.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!