Modern.az

ABŞ-da atışma: ölən və yaralılar var

ABŞ-da atışma: ölən və yaralılar var

Aktual

17 Aprel 2022, 15:48

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində atışma nəticəsində iki yeniyetmə ölüb, daha 9 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

 

Polisin ilkin araşdırmasına görə, icarəyə götürülən mülkdə çoxu azyaşlı olan 200-ə qədər adamın iştirakı ilə ziyafət təşkil edilib. Qapalı məkanlarda 50-yə qədər, kənarda isə daha bir neçə atəş açılıb. Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

 

Polis hadisə yerinə gəldikdən sonra da atəş açılıb. Rəsmi məlumatda qeyd edilir ki, həmin məkandan xeyli gəncin uzaqlaşdığı görülüb. İnsidentin təfərrüatları məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?