Modern.az

Türkiyə ixracatda rekord qırdı

Türkiyə ixracatda rekord qırdı

Aktual

17 Aprel 2022, 16:00

Türkiyədə 2022-ci ilin yanvar-fevral-mart aylarında dəri və dəri məmulatları sektoru əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz artımla 502 milyon dollarlıq ixracat əldə edib.

 

Modern.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, sektor cari ilin mart ayında 2021-ci ilin eyni dövrülə müqayisdə 22 faiz artımla 192 milyon dollarlıq ixracata nail olub.

 

Bununla da 2022-ci ilin yanvar-fevral-mart dövründə sektorda bütün zamanların ixrac rekordu qırılıb.

 

Qeyd edilib ki, 2022-ci ilin mart ayında Türkiyədən ən çox dəri məhsulları ixrac edilən ilk 3 ölkə İtaliya, Almaniya və Rusiyadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı