Böyük Britaniyanın Baş naziri Boris Conson telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verib ki, zirehli texnika yaxın günlərdə Ukraynaya təhvil veriləcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Baş nazir qeyd edib ki, o, yaxın günlərdə Ukraynanın öz suverenliyini qoruya bilməsi üçün müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edəcək.