Modern.az

Tunisdə batan gəmidən son xəbər: Sızıntı aşkarlanmadı

Tunisdə batan gəmidən son xəbər: Sızıntı aşkarlanmadı

Aktual

17 Aprel 2022, 17:14

Aprelin 16-da Tunis sahilində pis hava şəraiti səbəbindən batmış 750 ton neft yüklü “Xelo” gəmisindən dənizə sızıntı aşkarlanmayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tunis rəsmiləri dalğıcların gəminin batdığı Qabes rayonu ərazisində dənizin dibini təftiş etdiklərini və ekoloji fəlakət üçün heç bir səbəb olmadığını bildiriblər.

 

Tunisin ətraf mühitin mühafizəsi naziri Leyla Çixaoyi deyib ki, hazırda qəza bölgəsində ekoloji vəziyyət nəzarət altındadır. Onun sözlərinə görə, İtaliya mütəxəssisləri 58 metr uzunluğu və 9 metr eni olan gəminin çıxarılması və sahilə çəkilməsi üzrə aparılan işlərə kömək edəcəklər.

 

Xatırladaq ki, Ekvatorial Qvineya bayrağı altında və Malta istiqamətində hərəkət edən gəminin heyəti arasında Azərbaycan və Türkiyə vətəndaşları olublar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı