Ukraynanın Xerson vilayətinin Qavrilovka kəndində rus hərbçiləri çörək almaq üçün mağazaya gedən bir qrup yeniyetməni atəşə tutub.
Modern.az xəbər verir ki, şahidlərin sözlərinə görə, azyaşlılar küçə ilə gedərkən həmin vaxt rus hərbçiləri onlara xəbərdarlıq atəşi açıb.
Bu zaman uşaqlar qaçmağa başlayıb və onlara tərəf açılan atəş nəticəsində yaralanıblar. Yaralanan uşaqlardan biri dünyasını dəyişib. Yaralıların sayı hələlik məlum deyil.