Modern.az

Xarkov raketlə vuruldu - 5 ölü, 13 yaralı 

Xarkov raketlə vuruldu - 5 ölü, 13 yaralı 

Aktual

17 Aprel 2022, 17:52

Bu gün Rusiya hərbçiləri Xarkovu raket atəşinə tutub. Hücum zamanı şəhərin mərkəzi hissəsinə ciddi ziyan dəyib. Atılan mərmilər Xarkovda yanğına səbəb olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarkov Hərbi İdarəsinin Səhiyyə Departamentinin direktoru Maksim Xaustov məlumat yayıb.

 

Onun sözlərinə görə, raket hücumu zamanı 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xilasedicilər hadisə yerinə cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı