Modern.az

Ərdoğan xristianları belə təbrik etdi

Ərdoğan xristianları belə təbrik etdi

Aktual

17 Aprel 2022, 18:05

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xristian vətəndaşları Pasxa bayramı münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan təbrik mesajında deyib:

 

“Hər kəsin öz inancını, mədəniyyətini, adət-ənənəsini azad şəkildə yaşaya bildiyi Türkiyə, qardaşlıq və həmrəylik hissləri ilə iç-içə olan xalqımız bütün dünya üçün misilsiz nümunə olmaqda davam edir. Keçmişdən bu günə qədər millətimizin hər bir fərdinin böyük töhfələri ilə zənginləşmiş köklü bir sivilizasiyanın üzvləri olaraq biz sülh və əmin-amanlıq içində gələcəyə inamla addımlamaqdayıq. Pasxa bayramı münasibəti ilə hiss etdikləri sevinci paylaşaraq xristian vətəndaşlarımıza və bütün xristianlara uğurlar arzulayıram”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı