İran İslam Respublikası İsveçə nota verib.
Modern.az-ın məlumatına görə, İsveçin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, İsveçdə Qurani-Kərimin təhqir olunması pislənilib və bu ölkənin müvəqqəti işlər vəkilinə etiraz notası təqdim olunub.