Modern.az

Zelenski Baydenin Ukraynaya səfərini gözləyir

Zelenski Baydenin Ukraynaya səfərini gözləyir

Aktual

17 Aprel 2022, 18:35

“Düşünürəm ki, Birləşmiş Ştatların Prezidenti Co Bayden Ukraynaya gələcək".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

 

O bildirib ki, ABŞ liderinin səfəri təhlükəsizlik şəraitindən asılıdır:

 

"Bu, əlbəttə, onun qərarıdır. Amma hesab edirəm ki, o, Rusiyanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək üçün Ukraynaya gələcək. Mən fransalı həmkarım Emmanuel Makronu Kiyevə dəvət edirəm. Rusiyanın törətdiyi vəhşilikləri şəxsən görmək üçün onu Ukraynaya çağırıram. Bu səfər Fransa Prezidentinin Ukrayna xalqının soyqırımı ilə bağlı mövqeyini dəyişəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı