Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada koronavirusdan bir nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 792 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9706 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 140 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3297, bu günədək isə ümumilikdə 6 769 897 test icra olunub.
