Modern.az

Sumqayıtda DƏHŞƏT - 36 yaşlı qadın anasını BIÇAQLADI

Sumqayıtda DƏHŞƏT - 36 yaşlı qadın anasını BIÇAQLADI

Aktual

18 Aprel 2022, 10:10

Sumqayıtda 36 yaşlı qadın anasını bıçaqlayıb.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 16-da şəhərin 4-cü mikrorayonunda baş verib.

 

1986-cı il təvəllüdlü Günel Əliyeva yaşadığı mənzildə anası, 1957-ci il təvəllüdlü Zemfira Əliyevaya çoxsaylı bıçaq zərbələri endirib.

 

Z.Əliyeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun bədənində 6 kəsilmiş-deşilmiş xəsarət aşkar edilib və reanimasiyaya yerləşdirilib.

 

Anasını bıçaqlayan G.Əliyeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı