Modern.az

Qazaxıstan prezidentinin səlahiyyətləri məhdudlaşdırılır

Qazaxıstan prezidentinin səlahiyyətləri məhdudlaşdırılır

Aktual

18 Aprel 2022, 10:18

Qazaxıstan prezidentinin səlahiyyətlərinin ilin sonuna kimi qanunla məhdudlaşdırılması planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan respublikanın ədliyyə naziri Kanat Musin bildirib.

 

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə super-prezident idarəetmə formasından imtinaya yönəlmiş siyasi islahatların cari ilin sonuna kimi leqallaşdırılması planlaşdırılır. Tokayev martın 16-da xalqa müraciətində qarşıdan gələn siyasi islahatları açıqlayıb. Xüsusilə, o, super-prezident idarəetmə formasından güclü parlamentə malik prezident respublikasına yekun keçidin tərəfdarı olduğunu bildirib. Bu məqsədlə Tokayev prezident səlahiyyətlərinin həddindən artıq konsentrasiyasını azaltmağı təklif edir. Səslənən təşəbbüslərin həyata keçirilməsi üçün "Qazaxıstan Respublikasının Prezidenti haqqında" konstitusiya qanununa və bir sıra digər qanunlara dəyişikliklər edilməsi zərurəti yaranacaq. Müvafiq qanun layihələrinin parlamentin müzakirəsinə çıxarılması avqustda nəzərdə tutulub”,- deyə nazir vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı