Modern.az

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Aktual

18 Aprel 2022, 11:38

“Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı artıq 2300-dən çox Ukrayna tankı və digər zirehli texnika məhv edilib”.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.


“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 139 təyyarə, 483 pilotsuz uçuş aparatı, 250 zenit-raket kompleksi, 2326 tank və digər zirehli döyüş texnikası, 254 reaktiv yaylım atəşi sistemi, 1004 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2184 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”, - Konaşenkov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı