Modern.az

Rusiyada daha 213 COVID-19-dan ölüb

Rusiyada daha 213 COVID-19-dan ölüb

Aktual

18 Aprel 2022, 13:04

Rusiyada COVID-19-a yoluxma səviyyəsi həftə ərzində 20,4 faiz azalıb.

 

Modern.az Operativ Qərargaha istinadən xəbər verir ki, Rusiyada hər 100 min nəfərə COVID-19-a yoluxma nisbəti həftə ərzində 20,4 % azalıb.

 

“Son həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 51,95 olub və əvvəlki həftə ilə müqayisədə 20,4 faiz azalıb”- məlumatda bildirilib.

 

Qeyd edək ki, Rusiyada son sutka ərzində koronavirusa 9434 nəfər yoluxub, 213 nəfər isə bu virusdan ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?