Modern.az

Azərbaycanda bu federasiyasının adı dəyişdirildi

Azərbaycanda bu federasiyasının adı dəyişdirildi

Aktual

18 Aprel 2022, 14:04

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı dəyişdirilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.

 

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı