Modern.az

Kreml Paşinyanın sabahkı Moskva səfəri barədə açıqlama YAYDI

Kreml Paşinyanın sabahkı Moskva səfəri barədə açıqlama YAYDI

Aktual

18 Aprel 2022, 16:25

Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada danışıqlar aparacaq.

Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi Kremlin mətbuat xidməti məlumat yayıb.
 

"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərinin müzakirəsi planlaşdırılır", - deyə məlumatda bildirilib.
 

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərə də baxılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı