ATƏT Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer Azərbaycana səfər edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin "Twitter" səhifəsində bildirilib.
Qeyd edilib ki, bu həftə E.Şofer regiona səfər edəcək. Həmsədr səfər zamanı ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh prosesinin daha yaxşı necə dəstəkləyə biləcəyini müzakirə edəcək.