Modern.az

Paşinyan amerikalı həmsədrlə Qarabağı müzakirə etdi

Paşinyan amerikalı həmsədrlə Qarabağı müzakirə etdi

Aktual

18 Aprel 2022, 17:38

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şeferi qəbul edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Baş nazir ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi mühüm rolunu vurğulayıb və Endryu Şeferin Qarabağdakı vəziyyəti və bu kontekstdə gedən prosesləri müzakirə etmək üçün regiona səfərini alqışlayıb.

Tərəflər Qarabağ münaqişəsinin hərtərəfli həllində ATƏT-in Minsk qrupunun həmsədrliyinin rolunu vurğulayıblar.

Görüşdə humanitar məsələlərə, eləcə də Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlamaq imkanlarına toxunulub. Paşinyan bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik rolunu vacib sayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı