Modern.az

Uzun illər küsülü olan iki məşhur “Xəzər”də BARIŞDI

Uzun illər küsülü olan iki məşhur “Xəzər”də BARIŞDI

Aktual

18 Aprel 2022, 21:37

“Xəzər“ Televiziyasında yayımlanan “Təsir dairəsi” verilişinin kollektivi xeyirxah iş görüb.

 

Modern.az xəbər verir ki, onların təşəbbüsü ilə Əməkdar artist, Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov uzun illər küsülü olduğu həmkarı, Əməkdar artisti Nahidə Orucova ilə barışıb.

 

Xatırladaq ki, aktyor bir neçə gün bundan əvvəl səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu. “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş və digər iştirakçı-qonaqlar aktyor xəstəxanadan evə çıxdıqdan sonra onu ziyarət ediblər. Bu zaman Nahidə Orucova da onlarla birlikdə gedib. Əməliyyatdan sonra həmkarı tərəfindən jest görən aktyor aralarında olan söz- söhbətə son qoyaraq onunla barışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?