Modern.az

Bu ölkədə 6,2 bal gücündə zəlzələ oldu

Bu ölkədə 6,2 bal gücündə zəlzələ oldu

Aktual

19 Aprel 2022, 08:07

Filippinin cənubundakı Mindanao adasının sahillərində 6,2 bal gücündə zəlzələ olub.

 

Modern.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Zəlzələ yerli vaxtal 01:23-də qeydə alınıb. Təkanların episentri adanın əsas limanı olan Davao şəhərindən 128 kilometr qərbdə, yerin39,2 kilometr dərinlikdə yerləşib.

 

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!