Modern.az

Kolleclərə 26 mindən çox abituriyent sənəd verib

Kolleclərə 26 mindən çox abituriyent sənəd verib

Aktual

19 Aprel 2022, 10:00

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, ərizələr aprelin 25-i saat 23:59-dək qəbul olunacaq. Aprelin 19-u saat 09:30-a olan məlumata görə, 26 min 778 (Azərbaycan bölməsi -26 min 46; rus bölməsi - 732) abituriyent ərizəsini təsdiq edib.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu ilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

 

Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı