Modern.az

Hava yenidən pisləşəcək - yağış yağacaq, güclü külək əsəcək

Hava yenidən pisləşəcək - yağış yağacaq, güclü külək əsəcək

Aktual

19 Aprel 2022, 12:06

Son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir.

 

Milli Hidrometeorologiya Xİdmətindən Modern.az verilən xəbərə görə, havanın temperaturu normadan 2-4.5° yüksək olub. Bu gün, gün ərzində sabit hava şəraiti davam edəcək. Lakin cənub-qərb küləyi arabir güclənəcək, 20-də isə şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam və 21-də güclənəcək.

 

Bölgələrdə 20-si gündüzdən 22-dək arabir yağıntılı olacaq. Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı