Modern.az

Goranboyda səyyar qəbul keçirildi

Goranboyda səyyar qəbul keçirildi

Aktual

19 Aprel 2022, 12:26

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Xoylu  kəndində səyyar görüş keçirib.

 

Modern.az xəbər verir ki, bir qrup kənd sakinlərini dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

 

Qəbuldan sonra, İcra Başçısı Xoylu kəndindən Vətən Müharibəsi şəhidləri Xıdırov Elgün Fuad oğlu,  Namazov Orxan Ceyhun oğlu və Məmmədov Nemət Fəxrəddin oğlunun  ailələri ilə görüşdü, onların sosial qayğıları ilə bir daha  maraqlandı, çay süfrəsi arxasında səmimi söhbətlər edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı