Modern.az

İranla sərhəddə külli miqdarda narkotik aşkarlandı

İranla sərhəddə külli miqdarda narkotik aşkarlandı

Aktual

19 Aprel 2022, 12:30

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən xəbərə görə, aprel ayının 18-də saat 12:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.

 

Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram “marixuana”, 1 kiloqram “heroin”) bənzər maddələrvəpsixotrop tərkibli 780 ədəd “metadon-40” dərman prepa­ratı aşkarlanaraq götürülüb.

 

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı