Modern.az

Ermənilər Oxçuçayı çirkləndirməyə davam edir

Ermənilər Oxçuçayı çirkləndirməyə davam edir

Aktual

19 Aprel 2022, 14:48

Azərbaycanın Oxçuçay çayının ermənilər tərəfindən çirkləndirilməsi davam edir.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

 

O bildirib ki, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib: "Nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüflər olsun ki, çirkələnmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5, 5-7 dəfə çoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı