Modern.az

Naftalanda vətəndaş qəbulu keçirilib

Naftalanda vətəndaş qəbulu keçirilib

Aktual

19 Aprel 2022, 15:00

Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan növbəti qəbulda ŞİH-nin başçısı Vüqar Novruzov vətəndaşların müraciətlərini dinləyib.

 

Modern.az xəbər verir ki, vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində mütəmadi olaraq işlər görüldüyünü qəbul iştirakçılarının diqqətinə çatdırıb.

 

Səsləndirilən bir sıra məsələlər yerində öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata alınıb.

 

Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?