Modern.az

Ruslar Mariupoldan 98 uşağı qaçırıblar

Ruslar Mariupoldan 98 uşağı qaçırıblar

Aktual

19 Aprel 2022, 16:16

Bazar ertəsi, aprelin 18-də rus işğalçıları Ukraynanın blokadaya alınmış Mariupol şəhərindən 98 uşağı zorla çıxarıblar.
 

Modern.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko öz Teleqram kanalında bildirib.


"Yalnız dünən işğalçılar Mariupoldan 98 uşağı oğurlayıblar", - Andryuşenko yazıb.


O, həmçinin qeyd edib ki, hətta qondarma “DXR” və Rusiya mediası da ukraynalı uşaqların Mariupoldan çıxarılması ilə bağlı məlumatı təsdiqləyir.


Bundan əvvəl “Seqodnya” saytı yazmışdı ki, rus işğalçıları Mariupolda dinc əhalinin qaldığını bilsələr də, “Azovstal”ı bombalamağa davam etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı