Modern.az

Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdilər

Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdilər

Aktual

19 Aprel 2022, 16:28

Ukrayna və Rusiya arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib. 

 

O, mübadilə nəticəsində 76 ukraynalının azad olunduğunu deyib. Rusiya əsirliyindən xilas edilənlərdən 60 nəfəri hərbçi (10 zabit), 16 nəfər isə mülki vətəndaşdır. 

 

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb. Ukrayna 700-dən çox rusiyalı hərbi qulluqçunun əsir götürüldüyünü açıqlayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...